Corporate Social Responsibility

2018-ci il mayın 13-də North West Construction şirkətinin əməkdaşları, Bakı şəhərində, Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunmuş, Dövlət Bayraq Meydanından başlayaraq Olimpiya Stadionuna qədər 21 km-lıq məsafəni əhatən edən, “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu -2018” də 21 nəfərdən ibarət komanda ilə iştirak etmişdir. Komanda üzvləri küləyə qalib gələrək, finiş xəttinə uğurla çatmışdır.
“Bakı Marafonu – 2018”in məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir. North West Construction şirkəti də öz növbəsində hər zaman Korporativ Sosial Məsuliyyətə önəm verdiyi üçün bu marafona qatılmışdır.