“Bakı Marafonu-2019” – NWC Komandası küləyə qalib gəlib!

13.05.2019

5 may 2019-cu il tarixində “North West Construction” (NWC) şirkəti 11 nəfərlik komanda ilə “Bakı Marafonu-2019”da iştirak etmişdir. Marafon Bakı şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl!” şüarı altında Dövlət Bayrağı Meydanından Olimpiya Stadionuna qədər olan 21 km məsafədə keçirilmişdir. Bütün komanda üzvləri finiş xəttinə uğurla çatmışlar.

“Bakı Marafonu-2019”un keçirilməsində məqsəd idmanın inkişafına dəstək olmaq, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah əməllər ətrafında birləşdirmək olmuşdur. NWC, öz növbəsində, sağlam həyatın təmin edilməsinə və qorunmasına xüsusi önəm verdiyindən, işçilərinə marafonda iştirak etmək üçün bu fürsəti yaratmışdır.

“Bakı Marafonu-2019” NWC şirkətinin korporativ heyətinin iştirak etdiyi 2-ci marafondur.