Maraqlanan tələbələr “Mövzu” bölməsində “Tələbə Təqaüd Proqramı” yazaraq iştirak etmək istədiklərinin təsdiqini, digər əlaqə məlumatlarını, motivasiya məktubunu (150 sözdən az olmayaraq), şəxsiyyət vəsiqəsinin skanerlənmiş nüsxəsini və imtahan-zaçot vərəqindən çıxarışı hr@nwconstruction.com ünvanına göndərə bilərlər.
Müsabiqədə yalnız bakalavr pilləsinin 4-cü kurs tələbələri iştirak edə bilər.
Tələbələrin seçimi iki mərhələdə həyata keçirilir: İmtahan və müsahibə. Hər iki mərhələdən uğurla keçən tələbələr Tələbə Təqaüd Proqramının qalibi olacaqlar.
Əlavə məlumat üçün bura daxil olun: NWC_Tələbə Təqaüd Proqramı
Müraciət üçün son tarix: 20 dekabr 2018-ci il
Bizimlə əlaqə:
Ünvan: Neftçilər prospekti 153, Port Bakı Qüllələri 7-ci mərtəbə, Bakı AZ1010, Azərbaycan
Telefon: +994 12 404 88 22
e-poçt: hr@nwconstruction.com